İRNA-nın çərşənbə axşamı “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Livan islami müqaviməti sionist rejim ordusunun mövqelərini hədəfə alması ilə bağlı son bəyanatında müqavimət qüvvələrinin Branit kazarmasındakı 91-ci diviziyanın qərargahını uyğun silahlarla vurduğunu bildirib.
Bəyanatda deyilir: “Mücahidlərimiz Əl-Rahab hərbi bölgəsində düşmən əsgərlərinin toplaşdığı yeri hədəfə alıb, onlardan bir neçəsini öldürüb və yaralayıblar.”
Bununla bağlı sionist “Hədşut Bezman” saytı yazıb: “Fələstinin şimalında tank əleyhinə raketlərin hədəfə dəyməsi nəticəsində 8 əsgər yaralanıb, onlardan 3-ü helikopterlə xəstəxanaya aparılıb.”
Livan Hizbullahı bəyanat yayaraq çərşənbə axşamı səhər saatlarından etibarən sionist rejimin 6 bazasını hədəf aldığını elan edib.
Sizin rəyiniz